
Tramp Ərdoğandan Ukrayna məsələsində vasitəçilik etməyi xahiş edib
ABŞ prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandan Ukrayna münaqişəsində vasitəçilik etməsini istəyib. Preziden Ərdoğan isə ABŞ-dan Qəzza zolağında atəşkəsin əldə edilməsinə yardım etməsini istəyib. Türkiyənin “Hürriyet” qəzeti ABŞ və Türkiyə prezidentləri arasında aparılan danışıqların təfərrüatlarını öyrənib.
Türkiyə prezident administrasiyası Rəcəb Tayyib Ərdoğan və Donald Trampın Ukrayna münaqişəsinin həlli üçün birgə səylər barədə razılığa gəldiyini rəsmən açıqlayıb. Cənab Ərdoğan danışıqların özünü məhsuldar adlandırıb.
“Hurriyet”in yazdığı kimi, Donald Tramp cənab Ərdoğanın həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Vladimir Zelenski ilə dialoq aparmaq qabiliyyətini qeyd edib, “RİA Novosti” xəbər verir. Bununla bağlı prezident Tramp türkiyəli həmkarını vasitəçi kimi fəaliyyətə dəvət edib.
Almaz Həsənli