Aİ MPEI və Rusiya silah istehsalçılarına qarşı sanksiyalar tətbiq edə bilər

Aİ MPEI və Rusiya silah istehsalçılarına qarşı sanksiyalar tətbiq edə bilər

12:41
Bəyəndim (5) Bəyənmədim (0)

“EUobserver” Avropa Komissiyasının Aİ ölkələrinə göndərdiyi təklifə istinadən yazır ki, Avropa İttifaqı yeni sanksiyalar paketinə 54 hüquqi və 14 fiziki şəxs daxil edə bilər. Nəşr yazır ki, siyahıya Rusiya təşkilatlarından başqa, Çindən də 5 şirkət daxil ola bilər.

Sanksiyalar tüfəng istehsal edən Moskva Silah Şirkəti, atıcı silahlar istehsal edən Lobaev Arms müəssisəsi, qızıl mədən şirkəti Atlas Mining, gəmiçilik Volqa Gəmiçilik Şirkəti və digər təşkilatlara təsir göstərə bilər. Aİ Moskva Energetika İnstitutuna (MPEI) də sanksiyalar tətbiq edə bilər.

Aİ xarici işlər nazirləri Brüsseldə mayın 20-nə planlaşdırılan iclasdan əvvəl Avropa Komissiyasının təkliflərini təsdiqləməlidirlər. Məlumata görə, Avropa İttifaqı PJSC Surgutneftegaz, VSK sığorta şirkəti və BƏƏ-də yaradılmış LUKOIL Litasco Middle East bölməsinə qarşı sanksiyaları 17-ci paketə daxil etməyi planlaşdırır.

Əziz Mustafa, Oxuməni.az