
Superjet 100 Yujno-Saxalinsk hava limanına təcili eniş edib
Blaqoveşenskdən Yujno-Saxalinska uçan "Rossiya Hava Yolları"na məxsus "Sukhoi Superjet 100" təyyarəsi təyinat hava limanında məcburi eniş edib.
Oxuməni.az “Kommersant”a istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı, mayın 6-da Uzaq Şərq Nəqliyyat Prokurorluğu məlumat yayıb.
Eniş təhlükəsiz keçib.Təyyarədə 72 sərnişin olub.
Aviasiya hadisəsinə səbəb təyyarənin texniki nasazlığı olub. Hava limanının xidmətləri normal rejimdə fəaliyyət göstərib. İstintaqdan əvvəlki yoxlama Rusiya Federasiyasının Şərqi MCUT İstintaq Komitəsi tərəfindən Saxalin Nəqliyyat Prokurorluğunun nəzarəti altında aparılır.
Almaz Həsənli
Digər xəbərlər