Primakov: “Rossotrudniçestvo” Bakıdakı Rus Evi ilə bağlı müsbət nəticə gözləyir

Primakov: “Rossotrudniçestvo” Bakıdakı Rus Evi ilə bağlı müsbət nəticə gözləyir

2 May 14:28
Bəyəndim (2) Bəyənmədim (0)


Rusiya və Azərbaycan Bakıdakı Rus Evinin statusunun həlli ilə bağlı işləri davam etdirirlər, “Rossotrudniçestvo” müsbət nəticəyə ümid edir. Bu barədə “TASS”-a agentliyin rəhbəri Yevgeni Primakov məlumat verib.
"Səfirlik və Xarici İşlər Nazirliyi [Azərbaycan] arasında təmaslar davam edir. Bu, peşəkar hüquqşünaslar və xarici siyasətlə məşğul olan şəxslərin işidir. Bu, bizim səriştəmizdən kənardadır. Hüquqi status məsələsi hələ də həll olunur. Biz həmişəki kimi bu işlərə pozitiv baxırıq. Hesab edirik ki, bütün bunları hamını qane edəcək şəkildə həll etmək lazımdır,”- o, Bakıda Rus evi ətrafında vəziyyətin necə inkişaf etməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Fevralda “Rossotrudniçestvo” rəhbərliyi Azərbaycan Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar Bakıdakı Rus Evinin fəaliyyətini dayandırmağa və şəhərin mərkəzindəki binanın boşaldılması üçün tədbirlər görməyə məcbur olduğunu bəyan edib. Bu tələbin qoyulmasına səbəb yerli qanunvericilikdə nəzərdə tutulan Bakıdakı Rus Evinin hüquqi şəxs kimi qeydiyyata alınmaması olub.
Almaz Həsənli