ABŞ Ukrayna ilə razılaşmadan 350 milyarddan çox pul alacaq

ABŞ Ukrayna ilə razılaşmadan 350 milyarddan çox pul alacaq

1 May 15:21
Bəyəndim (2) Bəyənmədim (0)


Ukrayna ilə yerin təki sazişini şərh edən ABŞ prezidenti Donald Tramp deyib ki, müharibə zamanı ABŞ Kiyevə yardım üçün 350 milyard dollar xərcləyib, lakin bu müqavilədən daha böyük məbləğdə vəsait əldə edəcək.
“Deutsche Welle” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp mayın 1-i cümə axşamı səhər “NewsNation” xəbərlər şəbəkəsində bildirib.
Telefonla studiya moderatorunun ABŞ-ın Ukraynada olmasının bölgədə Vladimir Putini çəkindirə biləcəyi ilə bağlı sualını cavablandıran Tramp belə cavab verib: "Ola bilərdi. Ancaq bunu etməyimin səbəbi (Ukrayna ilə resurs müqaviləsi imzaladım – red.) Avropa 100 milyard dollar qoyarkən, biz 350 milyard dollar və ya buna yaxın bir şey qoyduq. Başa düşürsünüz, onlar pulu borc verdilər. Ancaq [ABŞ-ın keçmiş prezidenti Co] Bayden onlara 350 milyard dollar, nağd pul və hərbi texnika verdi. 350,və biz heç nə əldə etməmişik.
Avropanın pulunu geri alacağı bir vaxtda dövlət başçısı olmaqda özümü çox axmaq hiss etdim, baxmayaraq ki, bu, daha az məbləğ idi və biz heç nə almayacaqdıq. Mən onların yanına getdim (ukraynalılar – red.) və dedim: “Qulaq asın, biz nadir torpaq metalları alacağıq”. Onların gözəl nadir torpaq metalları var. Müəyyən mineralları, materialları nəzərdə tuturam. Onlarda başqa yerlərdə olmayan şeylər var. Biz isə bizə 350 milyard dollardan qat-qat çox qazanc verəcək bir razılaşma əldə etdik”, - Tramp bildirib.
Eyni zamanda ABŞ prezidenti əlavə edib ki, Ukraynada müharibənin bitməsinə nail olmaq istəyir, çünki "orada hər həftə orta hesabla 5 min gənc əsgər ölür": "Ruslar və ukraynalılar. Onlar amerikalı deyillər, amma insanlardır və bu, çox üzücüdür".
Bu arada Britaniya media şirkəti “BBC” qeyd edir ki, hesablamalarına görə, ABŞ-ın Ukraynaya yardıma xərclədiyi ümumi məbləğ Donald Trampın danışdığı 350 milyard dollardan “çox azdır”.
Almaz Həsənli