
ABŞ-ın Rusiyaya qarşı sanksiyaları 500%-ə çata bilər
ABŞ senatoru Lindsi Qrem Rusiyaya qarşı sərt iqtisadi sanksiyalar, eləcə də onunla əməkdaşlıq edən ölkələrdən idxal olunan mallara 500% rüsum tətbiq edən qanun layihəsini geniş dəstəklədiyini bildirib. Hamısı - əgər Putin Ukraynada müharibəyə son qoymaq üçün ciddi sülh danışıqlarına razı olmasa, “Bloomberg” yazır.
Layihə Rusiyadan neft, qaz, uran və digər resursları alan ölkələrdən idxala son dərəcə yüksək - 500%-ə qədər rüsumları nəzərdə tutur. Amerikalıların Rusiya dövlət istiqrazlarını alması da qadağan ediləcək. Bu, sənəd müəlliflərinin fikrincə, təkcə Kremlə deyil, həm də onun ticarət tərəfdaşlarına təzyiq göstərməlidir.
Ağ Ev hələlik təşəbbüslə bağlı rəsmi şərh verməyib. Eyni zamanda, Senatın təzyiqləri artır - Putinə seçim verilir: ya danışıqlar, ya da iqtisadi təcrid.
Vaşinqton bitib-tükənməyən rus oyunlarından yorulub. Əgər Putin danışıqlara başlamasa, ABŞ da öz növbəsində müharibə başlayandan bəri ən ağır ssenari üzrə Rusiyanın iqtisadi çöküşünə başlayacaq.
Almaz Həsənli