Dövlət Departamenti Belarus hakimiyyəti tərəfindən saxlanılan amerikalının azad edilməsi barədə məlumat yayıb

Dövlət Departamenti Belarus hakimiyyəti tərəfindən saxlanılan amerikalının azad edilməsi barədə məlumat yayıb

07:59
Bəyəndim (5) Bəyənmədim (0)

Çərşənbə günü ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Belarus "haqsız yerə həbs edilmiş" amerikalını azad edib.

Rubio sosial şəbəkədə yazıb: “Belarus haqsız yerə həbs edilən daha bir ABŞ vətəndaşını azad edib.

"Heç bir prezident amerikalıların xaricdə təhlükəsizliyini təmin etmək üçün bu qədər tez bir iş görməyib. Cəmi 100 gün ərzində biz yüksək səviyyəli diplomatiya vasitəsilə Əfqanıstan, Rusiya və Venesuela da daxil olmaqla, bütün dünyada haqsız yerə həbs edilmiş 47 amerikalının azad edilməsini təmin etdik", - Dövlət Departamentinin rəhbəri qeyd edib.

Öz növbəsində, CNN telekanalı öz mənbəsinə istinadən aydınlaşdırıb ki, söhbət Yuri Zenkoviçdən gedir.

Bir qrup amerikalı rəsminin Zenkoviçi təyyarə ilə Litvaya apardığı və burada onu ABŞ dövlət katibinin Avropa məsələləri üzrə köməkçisinin müavini Kris Smit qarşıladığı bildirilir.

CNN Zenkoviçin həyat yoldaşı Yelena Denisovetsdən sitat gətirib: "Bu günün gələcəyini bilirdim. 1480 gün çəkdi, lakin o, sağ qaldı və indi evinə mənə və Amerikaya gedir".

2022-ci ilin sentyabrında Zenkoviç ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkmək üçün 11 il müddətinə azadlıqdan məhrum edilib. O, iş üzrə bir sıra digər təqsirləndirilən şəxslər kimi, konstitusiyaya zidd yollarla hakimiyyəti ələ keçirmək üçün sui-qəsddə, habelə ekstremist qrup yaratmaqda və ona rəhbərlik etməkdə, dövlət hakimiyyətini ələ keçirməyə çağırışda, bir qrup şəxs tərəfindən törədilmiş sosial nifrət və nifaq salmaqda ittiham olunub.

2021-ci ilin aprelində Belarus prezidenti Aleksandr Lukaşenkoya və onun ailə üzvlərinə qarşı sui-qəsd hazırlayan bir qrup şəxsin saxlanıldığı açıqlanıb. Təhlükəsizlik qüvvələrinin məlumatına görə, onlar həm də ölkədə hakimiyyəti ələ keçirmək məqsədi ilə silahlı üsyan hazırlayırdılar. Respublika DTK-nın məlumatına görə, sui-qəsd cəhdində ABŞ xüsusi xidmət orqanları iştirak edib.

Əziz Mustafa, Oxuməni.az