Çin Avropa Parlamentinin deputatlarına qarşı sanksiyaları ləğv edib

Çin Avropa Parlamentinin deputatlarına qarşı sanksiyaları ləğv edib

07:47
Bəyəndim (7) Bəyənmədim (0)

Avropa Parlamentinin (AP) sədri Roberta Metsola siyasi fraksiyaların liderlərini Çinin Avropa Parlamentinin deputatlarına, onların ailə üzvlərinə və parlament komitələrinə qarşı sanksiyaları ləğv etməsi barədə məlumat verib, AP-nin mətbuat xidməti çərşənbə günü bildirib.

"Parlament komitələrimiz öz çinli həmkarları ilə Avropa maraqlarını qorxmadan müzakirə etməyi bacarmalıdır. Bizim Çinlə münasibətlərimiz mürəkkəb və çoxşaxəli olaraq qalır. Onlarla məşğul olmağın ən yaxşı yolu qarşılıqlı əlaqə və dialoqdur", - kommünikedə Avropa Parlamentinin rəhbərinin fraksiya sədrlərinin iclasındakı çıxışından sitat gətirilir.

AP sənədində qeyd olunur ki, Çin hakimiyyətinin bu qərarı “Çin ilə parlament dialoqunun bərpası istiqamətində bir addımdır”. Eyni zamanda təsdiq edib ki, “sanksiyaların ləğvi Avropa Parlamentinin Aİ-Çin münasibətlərində davam edən problemlərə məhəl qoymayacaq” demək deyil.

İclas iştirakçıları xüsusilə vurğuladılar ki, Avropa Parlamenti “qlobal tərəfdaşlarla prinsipial və aydın əlaqələrə can ataraq bütün dünyada universal insan hüquqlarının və fundamental dəyərlərin güclü müdafiəçisi olaraq qalacaq”.

Avropa Parlamenti xatırladıb ki, Çinin 2021-ci ilin martında tətbiq etdiyi sanksiyalar beş Avropa deputatını və parlamentin insan hüquqları üzrə alt komitəsini hədəf alıb.

22 mart 2021-ci ildə Pekin Avropa Parlamentinin beş üzvü və Avropa Parlamentinin İnsan Hüquqları Alt Komitəsinin üzvü də daxil olmaqla, on şəxsə və dörd Aİ orqanına sanksiya tətbiq edib. Müvafiq şəxslərin Çin ərazisinə daxil olmasını qadağan edən sanksiyalar Avropa Parlamentinin Çinlə rəsmi dialoqu tamamilə dayandırmasına səbəb olub.

Əziz Mustafa, Oxuməni.az