
“Volkswagen”in sürücüsü maşını insanların üzərinə sürüb, 11 nəfər xəsarət alıb
Kopenhagenin mərkəzində avtomobil yerli çörək zavodunun yay terrasında oturan bir qrup insanın üzərinə çıxıb. Danimarka polisi TV2-yə bildirib ki, azı 11 nəfər yaralanıb.
İlkin versiyaya görə, qırmızı rəngli “Volkswagen”in sürücüsü idarəetməni itirib. Polis avtomobili yaşlı bir kişinin idarə etdiyini və onun da yaralandığını qeyd edib.
Qəza yerli vaxtla saat 15:32-də baş verib. Hadisə şahidlərinin TV2-yə verdiyi məlumata görə, avtomobil yüksək sürətlə yoldan çıxaraq yay eyvanına çıxıb. Zərərçəkənlərə kömək etmək üçün hadisə yerinə 7 təcili yardım maşını gəlib.
Əziz Mustafa , Oxuməni.az
Digər xəbərlər