Tramp deyir ki, o, Ağ Evin interyerini öz hesabına təmir edib və qızılla bəzədib

Tramp deyir ki, o, Ağ Evin interyerini öz hesabına təmir edib və qızılla bəzədib

15:27
Bəyəndim (4) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp öz vəsaiti hesabına Ağ Evin interyerini yeniləyib və 24 karatlıq qızılla bəzədib. Amerika lideri bu barədə “Atlantic” jurnalına müsahibəsində danışıb.
"Bəli, mən bunu özüm edirəm. Oraya baxın, orda? Bunlar hamısı Mar-a-Laqodandır... Bunların hamısı 24 karatlıq qızıldır. "Maraqlısı odur ki, insanlar hələlik qızıla bənzəyən boya icad edə bilməyiblər", - Tramp deyib.
Həmçinin ABŞ prezidentinin sözlərinə görə, o, binanın otaqlarından birində yeni çilçıraq asmağı planlaşdırır. Trampın vurğuladığı kimi, o, büllurdan hazırlanıb.
"Burada çox gözəl görünərdi. Sadəcə verilmiş kimi görünür. Amma hələlik biz Çin və Rusiya ilə çox məşğuluq," – o deyib.
Təmirdən sonra Ağ Ev rəhbəri əlavə edib ki, indi Oval kabinet "necə lazımdır" görünür.
Almaz Həsənli