Hindistanın baş naziri Narendra Modi orduya əməliyyat azadlığı verib

Hindistanın baş naziri Narendra Modi orduya əməliyyat azadlığı verib

08:25
Bəyəndim (4) Bəyənmədim (0)

Hindistanın baş naziri Narendra Modi orduya Kəşmirə hücumla bağlı Pakistana “cəvab vermə tərzi, məqsədi və vaxtı ilə bağlı qərar vermək üçün tam əməliyyat azadlığı” verib. Bu barədə “The Times of India” nəşri xəbər verir.

"Silahlı qüvvələr Hindistanın cavab üsulunu, hədəfini və vaxtını seçməkdə tam əməliyyat azadlığına malikdir. Bizim milli qərarımız terrorizmə sarsıdıcı zərbə vurmaqdır", - Modi deyib.

Hindistanın baş naziri ölkənin silahlı qüvvələrinin peşəkar imkanlarına tam əmin olduğunu bildirib və terrorçuları və onların himayədarlarını təqib etməyə və onları “təxəyyül edə bilməyəcəyi qədər” ağır cəzalara məruz qoymağa söz verib.

Xatırladaq ki, bu yaxınlarda Kəşmirin mübahisəli bölgəsində yaraqlıların bir qrup turistə hücumundan sonra Hindistan və Pakistan arasında ciddi münaqişə yaranıb. Nüvə arsenalına malik olan ölkələr bir-birini müharibə ilə hədələmiş, ilk toqquşmalar artıq onların sərhədində baş vermişdir.

Aprelin 23-də yaraqlılar Kəşmir bölgəsinin Hindistan hissəsində bir qrup turisti güllələyiblər. Hücum son illərin ən qanlı hücumu olub və yaraqlılar tərəfindən 20-dən çox adam öldürülüb..

Əziz Mustafa, Oxuməni.az