Tramp avtomobil istehsalçılarına rüsumları yüngülləşdirə bilər

Tramp avtomobil istehsalçılarına rüsumları yüngülləşdirə bilər

29 Aprel 15:43
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp avtomobil istehsalçılarını bəzi tariflərdən azad etməyi planlaşdırır, bu barədə bazar ertəsi “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Onların fikrincə, avtomobil idxalında artıq 25 faiz rüsum ödəyən şirkətlərə polad və alüminium idxalı kimi digər tariflər tətbiq edilməyəcək. Üstəlik, Tramp bu qərarını elan etdikdən sonra avtomobil istehsalçılarına artıq ödədikləri rüsumların əvəzi ödəniləcək.
“The Wall Street Journal” əlavə edir ki, ABŞ administrasiyası həmçinin mayın 3-də qüvvəyə minəcək və 25% təşkil edən idxal avtomobil hissələrinə tariflərə yenidən baxacaq. Bu tədbirlərin avtomobil istehsalçılarına tədarük zəncirlərini daşımaq üçün vaxt verməsi və qısa müddətdə şirkətləri ciddi şəkildə dəstəkləməsi gözlənilir.
Aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. 10%-lik universal tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minib.Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal olunan avtomobillərə 25%-lik gömrük rüsumları tətbiq edib.
Almaz Həsənli