
2024-cü ildə təxminən 3,6 min nəfər Gürcüstan vətəndaşlığını qəbul edib
Gürcüstanda vətəndaşlıq alan 2739 nəfər anadan olub ki, bu da ümumi sayın təxminən 76%-ni təşkil edir.
Gürcüstan vətəndaşlığını qəbul edənlər arasında ən çox Rusiya Federasiyası pasportu olanlar olub – 2361 nəfər. İkinci yerdə Almaniya (251), üçüncü yerdə Ukrayna (175) qərarlaşıb. Sonrakı yerləri İsrail (141), Ermənistan (131) və ABŞ (110) vətəndaşları tutur.
Yaş kateqoriyalarından danışsaq, Gürcüstan vətəndaşlığını qəbul edənlərin yarıdan çoxunu 40-64 yaş arası insanlar təşkil edir.
Ümumilikdə son on ildə 36 728 nəfər Gürcüstan vətəndaşlığını qəbul edib. Ən çox yeni vətəndaş 2016-cı ildə qeydə alınıb – 4879 nəfər. Minimum 2020-ci ildə qeydə alınıb – 2324.
İllərə görə dinamika:
2015 – 4016 nəfər;
2016 – 4879 nəfər;
2017 – 4447 nəfər;
2018 – 4019 nəfər;
2019 – 2991 nəfər;
2020 – 2324 nəfər;
2021 – 2485 nəfər;
2022 – 4869 nəfər;
2023 – 4063 nəfər;
2024 – 3587 nəfər.
Gürcüstan vətəndaşlığı müstəsna hallarda verilə bilər. Ölkə qarşısında xüsusi xidmətləri olduqda, yaxud vətəndaşlığın verilməsi dövlətin maraqlarına uyğun olarsa, qanun belə bir fürsəti nəzərdə tutur. Bu, xüsusən də əcdadları Gürcüstanda (o cümlədən indi işğal olunmuş Abxaziya və Sxinvali bölgəsində) yaşamış şəxslərə, eləcə də ölkə iqtisadiyyatına əhəmiyyətli investisiyalar yatıran şəxslərə aiddir.
Almaz Həsənli