Vens uzun sürən müharibədə Ukraynanın qələbəsinə inanmır

Vens uzun sürən müharibədə Ukraynanın qələbəsinə inanmır

12:29
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ-ın vitse-prezidenti C.D.Vens mühafizəkar amerikalı podkaster Çarli Kerklə telefon müsahibəsində deyib ki, Ukrayna daha bir neçə il davam etsə və zaman keçdikcə münaqişə nüvə eskalasiyasına çevrilmək təhlükəsi ilə üzləşsə, müharibədə qalib gələ bilməz.
Vensın sözlərinə görə, mediada belə bir “qəribə fikir” var ki, müharibə daha bir neçə il davam edərsə, Rusiya uduzacaq, Ukrayna öz ərazilərini geri alacaq və hər şey müharibədən əvvəlki vəziyyətinə qayıdacaq, lakin “bu, bizim yaşadığımız reallıq deyil”. "Əgər bu dayanmasa, ukraynalılar müharibədə qalib gəlməyəcəklər", - Vens deyib.
O əlavə edib ki, müharibə daha bir neçə il davam edərsə, hər iki ölkə demoqrafik problemlərlə üzləşəcək, daha milyonlarla insan həlak ola bilər və ümumilikdə münaqişə “nüvə müharibəsinə çevrilə bilər”.
Aparıcının Trampın vəzifədə olduğu ilk 100 gündə irəliləyişlə bağlı sualına cavab olaraq Vens Ağ Evin əhəmiyyətli irəliləyiş əldə etdiyini qeyd edib. "Ruslar və ukraynalılar döyüşləri dayandırıblarmı? Xeyr. Amma biz şübhəsiz ki, üç ayda əvvəlki üç ildə əldə etdiyimizdən daha çox irəliləyiş əldə etdik", - Vens deyib. Onun sözlərinə görə, Ukrayna, Rusiya və Avropa “bəzən narazılıqla” etiraf ediblər ki, Trampın diplomatiyası son illərdə heç vaxt olmadığı qədər “topu irəliyə aparıb ” və bu, “böyük nailiyyət”dir.
"Bəzən ukraynalılardan inanılmaz dərəcədə məyus olursan, bəzən ruslardan inanılmaz dərəcədə məyus olursan, lakin bu, danışıqların xarakteridir. Bəzən irəli-geri gedirsən və sadəcə təslim olmaq istəyirsən, amma prezident Tramp bunu etməyə icazə verməyəcək", - Vens əlavə edib.
Almaz Həsənli