“Titanik”dən sağ çıxanın məktubu təxminən 400 min dollara satılıb

“Titanik”dən sağ çıxanın məktubu təxminən 400 min dollara satılıb

16:15
Bəyəndim (2) Bəyənmədim (0)


“Titanik” sərnişininin gəminin batmasından bir neçə gün əvvəl yazdığı məktub hərracda rekord qiymətə - 300 min funt-sterlinqə (demək olar ki, 400 min dollar, 680 min manat-red.) satılıb. Oxuməni.az “The Guardian”a istinadla xəbər verir.
Polkovnik Arçibald Qreysinin məktubu 10 aprel 1912-ci il tarixlidir. Orada deyilir: "Bu gözəl gəmidir, lakin mən onun barəsində hökm çıxarmazdan əvvəl səyahətimin sonuna qədər gözləyəcəm". Məktub Londondakı “Waldorf” otelində qəbul edən Qreysinin böyük əmisinə göndərilib.
Uiltşirdəki auksion evi “Henry Aldridge and Son” bildirib ki, məktub ABŞ-ın özəl kolleksiyaçısına gözlənilən qiymətdən beş dəfə (60.000 funt-sterlinq) baha satılıb. Qeyd edilir ki, bu məktub “Titanik” gəmisində yazılmış bütün məlum məktublar arasında ən bahalısı olub.
Qreysi 10 aprel 1912-ci ildə Sauthemptonda “Titanik”ə minib və birinci dərəcəli kabinəyə yerləşdirilib. Batmadan sonra o, laynerin göyərtəsində yaşadıqlarını təsvir edən "Titanik haqqında həqiqət" kitabını yazıb. Hərracçı Endryu Oldric bildirib ki, Qreysinin kitabı “Titanik” gəmisinin batdığı gecənin hadisələrinin ən müfəssəl izahlarından biri hesab olunur.
Qreysinin səhhəti hipotermiya və aldığı xəsarətlər səbəbindən zədələnmişdi. 4 dekabr 1912-ci ildə o, Nyu-Yorkda şəkərli diabetin yaratdığı ağırlaşmalardan vəfat edib.
Almaz Həsənli