
Qırğızıstan Qazaxıstana 600 milyon kubmetrdən çox su göndərəcək
Qırğızıstan suvarma mövsümündə çaylar vasitəsilə Qazaxıstana 600 milyon kubmetrdən çox su göndərəcək.
Qazaxıstan Respublikasının Su Təsərrüfatı Nazirliyinin məlumatına görə, 400 milyon kubmetr su Talas çayı ilə, 180 milyon kubmetr isə Şu çayı ilə gedəcək.
Bu barədə Qazaxıstanın Su Təsərrüfatı Nazirliyinin rəhbəri Nurjan Nurjigitov və Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Bakit Torobayev Qazaxıstan-Qırğızıstan komissiyasının dövlətlərarası su təsərrüfatı strukturlarından istifadə üzrə 35-ci iclasında razılığa gəliblər.
"Keçən il qırğız həmkarlarımızla birgə iş sayəsində biz Jambil vilayətinin fermerlərini suvarma suyu ilə tam təmin edə bildik. Beləliklə, proqnozlaşdırılan 380 milyon kubmetr su əvəzinə, Talas çayı ilə Qazaxıstana 418 milyon kubmetr daxil olub. " Şuub çayından 165,3 milyon kubmetr su qəbul edilib ki, bu da ötən ildəkindən 29 milyon kubmetr çoxdu”, – Nurjan Nurjigitov bildirib.
Bu sudan Jambil rayonunda kənd təsərrüfatı sahələrinin suvarılması üçün istifadə olunacaq. Aprel ayında suvarma mövsümü başlayandan ümumilikdə 45 milyon kubmetr su verilib.
Əziz Mustafa, Oxuməni.az