
19 ölkənin lideri Moskvada Qələbə Paradında iştirakını təsdiqləyib
Mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında 19 ölkənin lideri iştirak edəcəklərini təsdiqləyiblər.
2025-ci ildə Qələbənin 80-ci ildönümünə MDB dövlət başçıları, eləcə də Braziliya, Venesuela, Vyetnam, Kuba, Serbiya və Burkina Faso prezidentlərinin gələcəyi dəqiqləşib. Bundan əlavə, Çin sədri Si Cinpin və Slovakiyanın baş naziri Robert Fitso da iştirak edəcəklərini təsdiqləyiblər.
Parada Hindistan və Monqolustanın liderləri Narendra Modi və Uxnaaqiyn Xurelsux da dəvət olunub, lakin onlar hələ qərarlarını açıqlamayıblar. Mərasimdə BMT-nin baş katibi Antonio Quterreşin iştirak etməyəcəyi dəqiqləşib.
Bundan əvvəl Ukrayna Moskvada Qələbə Paradına imkan verməyəcəyini bəyan etmişdi. Ali Radanın keçmiş deputatı İqor Lapin bildirib ki, bu hadisə Ukrayna Silahlı Qüvvələri üçün qanuni hərbi hədəf olacaq.
Əziz Mustafa, Oxuməni.az