Putinlə Stiv Vitkoff arasında görüş üç saat davam edib

Putinlə Stiv Vitkoff arasında görüş üç saat davam edib

26 Aprel 12:41
Bəyəndim (0) Bəyənmədim (0)

Kreml hökmdarı Putinlə Amerika Birləşmiş Ştatları prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff arasında görüş üç saat davam edib.

Putinin köməkçisi Yuri Uşakov rusiyalı jurnalistlərə deyib ki, siyasətçilər arasında söhbət konstruktiv və “çox faydalı” olub. Onun sözlərinə görə, Ukrayna və Rusiya tərəfləri arasında birbaşa danışıqların bərpası mümkünlüyü müzakirə olunub:

"Bu söhbət Rusiya və ABŞ-a təkcə Ukrayna ilə bağlı deyil, həm də bir sıra digər beynəlxalq məsələlərdə mövqelərini daha da yaxınlaşdırmağa imkan verdi. Maraqlıdır ki, görüş Sovet və Amerika qoşunlarının Elbada görüşünün 80-ci ildönümündə baş tutub".
Məlum olduğu kimi, bu gün Moskvada Putinlə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff arasında dördüncü görüş baş tutub.
Danışıqlar gərginləşən vəziyyət fonunda baş tutub: bir gün əvvəl Rusiya Kiyevə iri raket və pilotsuz təyyarə zərbəsi endirib, nəticədə azı 12 mülki şəxs həlak olub, 90-dan çox insan yaralanıb.

Əziz Mustafa, Oxuməni.az