Ukrayna qaz alışına görə 410 milyon avro alacaq

Ukrayna qaz alışına görə 410 milyon avro alacaq

26 Aprel 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Norveç Ukraynaya 410 milyon avro verəcək. Pul qış üçün qazın alınmasına sərf olunacaq.

Bu barədə Telegram Ukraynanın baş naziri Denis Şmıxala istinadən məlumat yayıb.

O bildirib ki, Vaşinqtonda AYİB prezidenti Odil Renaud-Basso ilə müqavilə imzalayıb. Belə bir sənəd Ukraynanın enerji dayanıqlığını gücləndirəcək.

"Saziş dövlət zəmanəti ilə AYİB-dən 270 milyon avro cəlb etməyi nəzərdə tutur ki, bu da Norveç hökumətinin 140 milyon avro məbləğində qrantı ilə müşayiət olunacaq. Bu, Ukraynanın "NAK Naftogaz" şirkətinə növbəti istilik mövsümünə hazırlıq üçün əhəmiyyətli həcmdə təbii qaz idxal etməyə imkan verəcək", - Şmıxal qeyd edib.

Baş nazir bu razılaşmaya və davamlı dəstəyə və həmrəyliyə görə AYİB prezidentinə təşəkkür edib. Ümumilikdə, genişmiqyaslı müharibə başlayandan bəri Avropa Yenidənqurma və İnkişaf Bankı Ukraynaya 6 milyard avrodan çox kredit, qrant və zəmanət verib.

Şmıxalın sözlərinə görə, o, həmçinin Renault-Basso ilə özəl sektora dəstək, qaz hasilatı və nəqli sahəsində əməkdaşlıq, Ukraynanın, o cümlədən hidroenergetikanın bərpasını müzakirə edib.
Xatırladaq ki, ötən həftə Ukraynanın növbəti istilik mövsümünə hazırlıq məqsədilə qaz yığmağa başladığı məlum olub.

Bu, Ukraynanın Rusiya işğalçılarının müntəzəm hücumları nəticəsində qaz hasilatının 40%-ni itirməsi ilə bağlı məlumatlar fonunda baş verib.

Əziz Mustafa, Oxuməni.az