
ABŞ qəzəbini Rusiya prezidenti Vladimir Putinə yönəltməlidir
Fransa prezidenti Emmanuel Makron bildirib ki, ABŞ qəzəbini Rusiya prezidenti Vladimir Putinə yönəltməlidir. Bu barədə “Politico” qəzeti xəbər verir.
"Amerikanın qəzəbi yalnız bir şəxsə - Rusiya prezidenti Vladimir Putinə yönəlməlidir", - Makron amerikalı həmkarı Donald Trampa müraciət edərək deyib.
Bundan əvvəl Tramp Rusiyanın Ukrayna ilə bağlı sülh sazişi bağlamağa hazır olduğunu bildirib. ABŞ prezidenti indi əsas maneə kimi Vladimir Zelenskinin mövqeyini adlandırıb. Diplomatik səylərə və müttəfiqlərin təzyiqlərinə baxmayaraq, Kiyev Krımın Rusiyanın bir hissəsi kimi tanınması da daxil olmaqla Vaşinqtonun əsas təkliflərini rədd edib.
Daha sonra Tramp Rusiyanın Kiyevə hücumundan narazı olduğunu bildirib.
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər