Zelenskinin Krımla bağlı bəyanatından sonra Rubio Londona getməyəcək

Zelenskinin Krımla bağlı bəyanatından sonra Rubio Londona getməyəcək

23 Aprel 2025 08:37
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ dövlət katibi Marko Rubio prezident Vladimir Zelenskinin Krımla bağlı açıqlamalarından sonra Ukraynada sülhlə bağlı görüş üçün Londona səfərini ləğv edib. Bu barədə New York Times (NYT) məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ-ın böhranın həlli üçün əsas təkliflərindən biri Ukrayna hakimiyyəti tərəfindən Krımın Rusiya ərazisi kimi tanınmasıdır. Lakin Zelenski aprelin 22-də jurnalistlərlə görüşündə bu variantdan imtina etdiyini bəyan etdikdən sonra dövlət katibinin Londona səfəri ləğv edilib.

“The New York Times” qeyd edir ki, ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun görüş üçün Britaniya paytaxtına gedib-gəlməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır. Hazırda yalnız ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun görüşdəiştirakı təsdiqlənib.

Aprelin 22-də Britaniyanın “İndependent” nəşri yazıb ki, ABŞ nümayəndə heyəti Ukraynaya ultimatum təqdim etmək üçün danışıqlar aparmaq üçün Londona gedir.

Bundan əvvəl Zelenski Londonda Ukrayna ilə bağlı görüşün təfərrüatlarını açıqlamışdı.

Əziz Mustafa, Oxuməni.az