ABŞ Ukrayna ilə bağlı Rusiya ilə danışıqları bərpa etmək üçün kursunu dəyişdi
ABŞ Ukrayna ilə bağlı Rusiya ilə danışıqları bərpa etmək üçün siyasət kursunu dəyişib. RİA Novosti xəbər verir ki, bunu Rumıniya prezidenti səlahiyyətlərini icra edən İlie Bolozan deyib.
“ABŞ Ukraynadakı vəziyyətlə bağlı Rusiya ilə danışıqları bərpa etmək üçün kursunu dəyişib. Bununla belə, sülh sazişi ilə müşayiət olunmayan atəşkəs yalnız münaqişənin yeni alovlanmasından əvvəl pauza ola bilər”.
Bolozan qeyd edib ki, Ukraynada davamlı sülh təhlükəsizlik zəmanətləri ilə dəstəklənən tam hüquqlu razılaşma olmadan olmayacaq. O əlavə edib ki, Rumıniya bu cür danışıqlarda Ukrayna və Avropa nümayəndələrinin iştirakını alqışlayır və bunu sülhün əldə olunması üçün vacib şərt hesab edir.
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər





























.jpg)
.jpg)
.jpg)

















































