Müdafiə xərclərinin ÜDM-in 5%-nə qədər artırılması məsələsi hələlik masada deyil
NATO ölkələri üçün müdafiə xərclərinin ÜDM-in 5%-nə qədər artırılması məsələsi hələlik masada deyil. Eyni zamanda, Trampın tələblərinə baxmayaraq, amerikalıların özləri “hələ də bundan çox, çox uzaqdırlar”.
Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
"5%-lik hədəfdən söhbət gedə bilməz. Amerika prezidentinin tələbi var ki, 5% olmalıdır, lakin amerikalıların özləri hələ də bundan çox, çox uzaqdırlar", - Pistorius qeyd edib.
Almaniyanın müdafiə naziri qeyd edib ki, bu, yeni deyil, söhbət 2%-dən əhəmiyyətli dərəcədə xərclənməsi zərurətindən gedir.
"3% və ya 3,5% olmasının demək olar ki, heç bir fərqi yoxdur. Ən əsası odur ki, aydın, davamlı artım olmalıdır", - o izah edib.
Bundesverin başçısı vurğulayıb ki, onun mövqeyi həmişə "çox aydın" olub - lazım olanı müdafiə və çəkindirməyə sərf etmək lazımdır, çünki təhlükəsizlik olmadan siyasətin bütün digər sahələri arxa plana keçəcək.
Eyni zamanda, Pistorius deyib ki, əgər biz 3%-i başlanğıc nöqtəsi kimi götürsək, Almaniya üçün bu, müdafiə büdcəsinə ildə təxminən 120 milyard avro, yəni indikindən 65-68 milyard avro çox vəsait yönəltmək deməkdir.
Onun sözlərinə görə, hazırda 480 milyard avro təşkil edən Almaniyanın federal büdcəsindən belə bir məbləği sadəcə olaraq ayırmaq mümkün deyil.
Əziz Mustafa, Oxuməni.az












.jpg)
.jpg)
.jpg)

































































.jpg)

