Rusiya əhalisinin sayı azalmaqda davam edir

Rusiya əhalisinin sayı azalmaqda davam edir

1 Fevral 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

2025-ci il yanvarın 1-nə Rusiya əhalisinin ilkin hesablamalarına görə 146 028 325 nəfər olub.

İlkin məlumatlara görə, bu, Rusiya əhalisinin 0,08% azalması deməkdir. Belə ki, 2023-cü ildə Rusiya əhalisinin sayı 146 150 789 nəfər idi. 2024-cü ildə Rusiya əhalisi azalaraq 146 028 325 nəfərə düşüb.

Bununla belə 2024-cü ildə rusların sayında azalma tempi son beş ildə ən yavaş olub. 2019-cu ildə azalma mənfi 0,02% idi. 2023-cü ildə əhalinin sayı 0,20% azalıb. Sonuncu dəfə Rusiya əhalisi 2017-ci ildə artıb.

Eyni zamanda bəzi ərazilərdə əhalinin artımı 20 regionda, o cümlədən Moskva və Leninqrad vilayətlərində, eləcə də İnquşetiya Respublikasında qeydə alınıb.

Rosstatın məlumatına görə, 2024-cü ilin 11 ayı ərzində Rusiya əhalisinin təbii azalması 545,1 min nəfər təşkil edib. Bu məlumat Vətəndaşlıq Vəziyyəti Aktlarının Vahid Reyestrinin (VVAQ) məlumatları əsasında formalaşır və miqrasiya ilə bağlı statistik məlumatlardan daha dəqiq hesab olunur.

Xüsusilə, 11 ay ərzində doğulanların sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,2% azalıb. 2014-cü ildən bəri doğulanların sayı hər il azalır. Yanvarın 30-da Səhiyyə nazirinin birinci müavini Viktor Fisenko Federasiya yanında səhiyyə üzrə ekspert şurasının iclasında bildirib ki, Rusiyada doğumların mütləq sayı demək olar ki, 2000-ci il səviyyəsindədir, o zaman bu göstərici ən aşağı səviyyədə idi.

Bununla belə, nazir müavini qeyd edib ki, Rosstatın proqnozlarına görə, 2027-ci ildən sonra doğuşun intensivliyi sürətlə artacaq. 2030-cu ildən sonra isə qadınların sayının artması fonunda doğumların mütləq sayında artım müşahidə olunmalıdır.

Əziz Mustafa, Oxuməni.az