Yunanıstan “Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya ötürülməsinə mane olur

Yunanıstan “Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya ötürülməsinə mane olur

28 Noyabr 20:15
Bəyəndim (0) Bəyənmədim (0)

"Patriot" zenit-raket sistemləri Yunanıstanın hava məkanını qorumaq üçün lazımdır, ona görə də onları Ukraynaya ötürmək olmaz, - Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bildirib.

Onun sözlərinə görə, Yunanıstanın ciddi hava hücumundan müdafiə sistemi var . Hava hücumundan müdafiə sistemlərinin Ukraynaya verilməsi onun effektivliyini azalda bilər.

"Yunanıstanın altı Patriot batareyası var. Buna görə də mən Patriot batareyalarını Ukraynaya köçürmək üçün istənilən təzyiqə müqavimət göstərdim, çünki onlar öz hava məkanımızı qorumaq üçün mütləq lazımdır", - Mitsotakis Yunanıstanın "Alpha" telekanalına müsahibəsində deyib. O, Yunanıstanın məqsədinin qısa, orta və uzun mənzilli raketləri özündə birləşdirəcək tam hava hücumundan müdafiə sisteminə sahib olmaq olduğunu vurğulayıb.

Baş nazir qeyd edib ki, belə bir hava hücumundan müdafiə sisteminin yaradılması təkcə Yunanıstan üçün zəruri deyil: “Artıq Avropanın hava məkanının mühafizəsi ilə bağlı müzakirələr başlayıb. Bu investisiyalar Avropa resursları hesabına maliyyələşdirilir, çünki Avropanın hava məkanı birləşib, onun qorunmasının nə qədər vacib olduğunu Ukraynada gördük”.

Oxuməni.az