Rusiyanın yeni silahı Avropadakı hədəfləri vura bilir

Rusiyanın yeni silahı Avropadakı hədəfləri vura bilir

28 Noyabr 07:43
Bəyəndim (0) Bəyənmədim (0)


ABŞ və Böyük Britaniyanın Kiyevə “uzaq mənzilli hücuma” icazə verməsindən sonra Rusiya “Oreşnik” adlı yeni raketlə Ukraynanı vurdu. Keçən həftə Ukraynaya qarşı ilk dəfə istifadə edilən silah nüvə başlığı daşımağa qadirdir. ABŞ mətbuatının yazdığına görə, Rusiyanın Ukraynaya əvvəllər heç vaxt istifadə olunmayan silahla hücumu çaxnaşma və xaosa səbəb olub. İddia olunurdu ki, bu xaos “Rusiya prezidenti Putinin də istədiyi kimidir”. Beləliklə, “Oreşnik” raketinin müharibəyə cəlb olunması ilə nüvə müharibəsinin ilk qığılcımları yaranır.
Rusiya üç ildən artıq davam edən müharibədə ilk dəfə Ukraynaya qarşı yeni ballistik raketdən istifadə edib.
Hərbi ekspertlər "Oreshnik" adının "fındıq ağacı" mənasını verdiyini bildirir və bunun onların fındıq salxımlarına bənzəyən döyüş sursatı ilə bağlı olduğunu ehtimal edirlər.
Rusiyaya görə, bu silah təyin olunmuş missiya və məsafədən asılı olaraq hətta bütün Avropadakı hədəfləri vura bilir.
"FoxNews"-un məlumatına görə, Putin hazırda Kiyevi dəstəkləyən ABŞ və NATO liderlərinə strateji mesaj vermək və psixoloji təzyiq yaratmaq istəyir…

Oxuməni.az