Cənubi Koreyaya son 117 ilin ən güclü qarı yağıb
Cənubi Koreyanın paytaxtı Seul və ətraf rayonlarda son 117 ilin ən güclü qarı yağıb.
Bu barədə Yonhap xəbər verir. Seulda 18 sm qar yağıb. Eyni zamanda, İncheon şəhərində 14,8 sm, Suvonda isə 21 sm qar qeydə alınıb ki, bu da noyabr ayı müşahidələrinin bütün tarixində ən yüksək göstərici olub.
Qeyd olunur ki, Seulda tikinti sahəsində qar uçması nəticəsində 3 nəfər xəsarət alıb. Həmçinin Qanqvon əyalətində kəskin hava şəraiti nəticəsində baş verən qəzalarda 1 nəfər ölüb, 9 nəfər yaralanıb.
Fırtına elektrik enerjisinin də kəsilməsinə səbəb olub: Seonqbuk bölgəsində 170-dən çox ev işıqsız qalıb.
Bundan əlavə, bölgə nəqliyyat iflic olub. O cümlədən, İnçon Beynəlxalq Hava Limanında 150 reys ləğv edilib. Həmçinin 89 sərnişin bərəsinin fəaliyyəti dayandırılıb, 7 milli parka giriş məhdudlaşdırılıb.
Oxuməni.az