Güclü qar Blaqoveşenskidə həyatı iflic edib
Güclü qar Blaqoveşenskidə həyatı iflic edib.
Amur vilayətində Blaqoveşensk şəhəriinə ara vermədən qar yağır. Yağıntılar noyabrın 25-dən bazar ertəsindən başlayıb və çovğun şəhərdə tuğyan edir.
Bu barədə şəhər administrasiyasının mətbuat xidməti Telegram kanalında xəbər verir.
“Blaqoveşenskdə təbii fəlakət baş verib: uzun müddətdir ki, vilayət mərkəzinə belə qar yağmayıb”, -deyə mətbuat xidməti bəyan edib.
Pis hava şəraiti səbəbindən bir neçə avtobus yola çıxa bilməyib.
Regional Nəqliyyat Nazirliyinin məlumatına görə, qar yağması səbəbindən hava limanı fəaliyyətini dayandırıb. Məlumata görə, Blaqoveşenskdən Xabarovska uçan bütün reyslər, eləcə də Utapaoya beynəlxalq reys təxirə salınıb.
Bundan başqa, qasırğa ilə əlaqədar şəhər məktəbləri distant təhsilə keçib, bir çox ictimai-iaşə obyektləri işləmir.
Oxuməni.az