Tramp  Pompeo və Heylini öz administrasiyasına təyin etməyəcək

Tramp  Pompeo və Heylini öz administrasiyasına təyin etməyəcək

11 Noyabr 12:32
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp şənbə günü bildirib ki, ilk müddətində ABŞ-ın BMT-dəki səfiri vəzifəsində çalışmış və daha sonra bu dövrədə Respublikaçılar partiyasından namizədliyi ilə ona qarşı çıxan Nikki Heylini administrasiyasına dəvət edilməyəcək.
O, həmçinin Trampın ilk dövründə dövlət katibi və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifələrində çalışmış Mayk Pompeonun da ofisinə qayıtmayacağını bildirib.
“Mən keçmiş səfir Nikki Heyli və ya keçmiş dövlət katibi Mayk Pompeonu hazırda formalaşma mərhələsində olan Tramp administrasiyasına dəvət etməyəcəyəm. Mən keçmişdə onlarla işləməkdən böyük həzz almışam və ölkəmizə xidmətlərinə görə onlara təşəkkür etmək istəyirəm”, - Tramp “Truth” soial səbəkəsində yazıb.
52 yaşlı Heyli 2016-cı ildə Respublikaçılar Partiyasından namizədliyini irəli sürdü, lakin namizədliyini buraxdıqdan sonra Florida ştatından senator Marko Rubionu dəstəklədi.
Buna baxmayaraq, Tramp onu BMT-dəki daimi nümayəndəsi təyin etdi, o, 2018-ci ildə qəfil istefa verənə qədər bu vəzifəni tutdu.
Heyli 2020-ci ildə prezidentliyə namizədliyini irəli sürmədi, lakin 2024-cü il seçkilərində keçmiş şefinə qarşı mübarizə aparır. Mart ayının Super Çərşənbə axşamı günündən sonra kampaniyasını dayandırdı. Ancaq iki aydan çox müddət sonra, iyul ayında Miluokidə Respublikaçıların Milli Qurultayında çıxış edəndə o, Trampı dəstəklədi. O, həmin vaxt dedi ki, Tramp ondan “birlik nümayiş etdirmək” üçün danışmasını istəyib.
Sentyabr ayında “CBS News”-a verdiyi müsahibədə Heyli "Tramp ilə 100% razı olmadığını" söylədi.
Trampı dəstəkləyən Pompeo ilk Tramp administrasiyasının dörd ilinin hamısında bu postu tutub. O, 2024-cü ildə Trampa rəqib olmamaq qərarına gəlib. Tramp cümə günü elan edib ki, kampaniya həmsədri Syuzi Uaylzi Ağ Evin aparat rəhbəri təyin edib və bu, onu tarixdə bu vəzifəni tutan ilk qadın olub. Bu, onun ABŞ-ın vitse-prezidenti Kamala Harrisi prezident seçkilərində məğlub etdikdən sonra Ağ Evdə verdiyi ilk əsas kadr qərarı idi.
Almaz Həsənli