Şolts və Tramp Avropada sülhün bərpasını müzakirə ediblər
Almaniya kansleri Olaf Şoltz ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı aparıb. Tərəflər Avropada sülhün bərqərar olmasında səyləri artırmaq barədə razılığa gəliblər.
Bunu federal hökumətin spikeri Şteffen Gebestreyt deyib.
Gebestreyt aydınlaşdırıb ki, söhbət bazar günü, noyabrın 10-da axşam olub. Onun sözlərinə görə, telefon danışığı zamanı Şoltz bir daha Trampı seçkidəki qələbəsi münasibətilə şəxsən təbrik edib. Hər iki lider Almaniya-Amerika münasibətlərini və Avropada sülh də daxil olmaqla cari geosiyasi çağırışları da müzakirə ediblər..
"Kansler federal hökumətin hər iki hökumət arasında onilliklər boyu davam edən uğurlu əməkdaşlığı davam etdirmək öhdəliyini vurğuladı. Onlar həmçinin Avropada sülhün bərpası üçün birgə işləmək barədə razılığa gəliblər", - deyə Şteffen Gebestreyt əlavə edib.
Oxuməni.az