Fövqəladə Hallar Nazirliyi Livana 19 ton humanitar yardım çatdırıb
Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı dəstəsi humanitar yardımın ikinci partiyasını Beyruta çatdırıb. Bu barədə nazirliyin mətbuat xidmətindən TASS-a verilən məlumatda deyilir,
“Rusiya fövqəladə hallar departamentinin xüsusi İl-76 təyyarəsi Beyruta ümumi çəkisi 19 tondan çox olan, içərisində zəruri əşyalar və dərmanların da olduğu humanitar yükü çatdırıb”, - deyə Fövqəladə Hallar Nazirliyi bildirib.
Yardım Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə həyata keçirilib.
Oxuməni.az
Digər xəbərlər