Corciya ştatında səsvermə məntəqəsinin işçisi bomba təhdidinə görə həbs edilib
Corciya ştatında seçki məntəqəsinin işçisi seçki rəsmilərinə bomba təhdidləri göndərməkdə şübhəli bilinərək həbs edilib. Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Müstəntiqlərin məlumatına görə, 25 yaşlı bir kişi Cons dairəsinin seçki direktoruna təhdid məktubu göndərib. Şübhəli bomba təhdidləri göndərməkdə, bomba hədəsi ilə bağlı yalan məlumat ötürməkdə və FTB-yə yalan ifadələr verməkdə ittiham olunur. Ədliyyə Nazirliyi bildirir ki, həbs edilən şəxsin günahı sübuta yetirilərsə, onu 25 il həbs cəzası gözləyir.
Bundan əvvəl ABC telekanalı Nyu-York polisinin sənədlərinə istinadla məlumat vermişdi ki, ABŞ-da keçirilən ümumi seçkilərdə seçki komissiyalarının işində iştirak edən işçilər fiziki zorakılıq da daxil olmaqla hədə və şantaj məktubları alıblar.
Oxuməni.az