ABŞ təhlükəsizlik qurumları seçkilərdən sonra baş verə biləcək kütləvi iğtişaşların qarşısını almağa hazırlaşır

ABŞ təhlükəsizlik qurumları seçkilərdən sonra baş verə biləcək kütləvi iğtişaşların qarşısını almağa hazırlaşır

5 Noyabr 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ təhlükəsizlik qurumları seçkilərdən sonra baş verə biləcək kütləvi iğtişaşların qabağını almağa hazırlaşır. Seçkilərdən sonra əhalini və təhlükəsizliyi Donald Tramp tərəfdarlarının zorakı iğtişaşlarından qorumaq üçün ordudan istifadə edir.

Bu barədə AP və Reuters xəbər verir.

20-dən çox ştat Ağ Evdən seçkidən sonrakı həftələrdə və andiçmə mərasiminə qədər ehtiyac yaranarsa və tələb olunarsa, iğtişaş bölgələrinə Milli Qvardiya qoşunlarını göndərməyi xahiş edib.

Kolumbiya dairəsi hələlik qvardiya qoşunlarının yerləşdirilməsi ilə bağlı rəsmi müraciət etməyib. Lakin rəsmilər Konqresdə yanvarın 6-da seçkilərin nəticələrinin təsdiqlənməsi və ondan iki həftə sonra keçirilən andiçmə mərasimi ətrafında Kapitolidə zorakılıqların yenidən baş verməsi ehtimalını müzakirə edir və buna hazırlaşır.

Oxuməni.az