Mask Si Tsinpinin nüfuzlu dostuna çevrilə bilər
Amerikalı milyarder və sahibkar İlon Mask Çin prezidenti Si Tsinpin “nüfuzlu dostu” ola bilər. Bu barədə “Bloomberg” məlumat yayıb.
Aydınlaşdırılır ki, bu, respublikaçı siyasətçi Donald Trampın ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə baş verə bilər.
Agentliyin məlumatına görə, Maskın “Tesla” şirkəti Çində vergi güzəştləri alıb və dövlət satınalmaları siyahısına daxil edilib, baxmayaraq ki, Pekin Pentaqon ilə əlaqələri səbəbindən “Space X”-ə ehtiyatlı yanaşır.
Amerikalı iş adamı ilə Si Tsinpin bəzi məsələlərlə bağlı fikirlərinin üst-üstə düşməsi diqqət çəkir. Söhbət Tayvanın Çinə məxsus olmasından, eləcə də ABŞ-da Çin avtomobillərinə tətbiq edilən rüsumların azaldılması zərurətindən gedir.
Bundan əvvəl İlon Mask Çinin istehsal gücünə görə ABŞ-ı geridə qoyduğunu bildirmişdi.
“İstehsal gücünün ilk təxmini qiymətləndirilməsi elektrik enerjisi istehsalına əsaslanır. Çin ABŞ-ın sənaye potensialını xeyli ötüb”, - iş adamı vurğulayıb.
Almaz Həsənli