Harris qalib gələrsə, Tramp tərəfdarları tərəfindən Kapitoliyə hücum edilməyəcək
Demokratların namizədi Kamala Harrisin ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə Respublikaçılar Partiyasının namizədi Donald Trampın tərəfdarlarının Kapitoliyə hücumu baş verməyəcək. Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski TOK.FM radiosunun efirində bildirib.
"Mən bunun baş verəcəyini düşünmürəm, çünki bu dəfə prezident Bayden yanvara qədər hakimiyyətdədir və o, buna icazə verməyəcək",- deyə Sikorski bəyan edib.
2021-ci il yanvarın 6-da həmin vaxt Amerika prezidenti postunu tutan Trampın tərəfdarları 2020-ci ilin noyabrında ölkədə keçirilən prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinin qarşısını almaq üçün ABŞ Konqresinin binasına soxulublar. Bina daxilində iğtişaşlar zamanı polis bir etirazçını güllələyib və öldürüb.
Oxuməni.az