Həmyerlimiz Rusiya ilə Ukrayna arasında gedən müharibədə həlak olub
Azərbaycanın Lənkəran rayonunun Separadi kəndindən olan 52 yaşlı Əzimov Zöhrab Əbülhəsən oğlu Belqorod vilayətində gedən döyüşlərdə həlak olub.
Yerli KİV-lər xəbər verir ki, o, ölümcül güllə yarası alıb. Rusiya vətəndaşı olan Əzimov bir neçə ay əvvəl döyüşlərə qoşulub.
Əzimovun ailəli olduğu qeyd edilir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında münaqişə zamanı hər iki tərəfdən Azərbaycan əsilli şəxslərin ölməsi halları qeydə alınıb.
Almaz Həsənli
Digər xəbərlər