İspaniya kralı və kraliçasına daşqınlar altında qalan Valensiyada palçıq atıblar

İspaniya kralı və kraliçasına daşqınlar altında qalan Valensiyada palçıq atıblar

4 Noyabr 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniya kralı VI Felipe Kraliça Consort Letisiya, Baş nazir Pedro Sançes və Valensiya Muxtar İcmasının rəhbəri Karlos Meysonla birlikdə daşqınlardan əziyyət çəkən əyalətə səfər edib. Ancaq Paiporta şəhərində kral və kraliçaya kütlə tərəfindən palçıq atılıb.

ABC qəzetinin məlumatına görə, toplaşan izdiham kral ailəsini və məmurları təhqir edib. İnsanlar kral və məmurların niyə əvvəllər zərər çəkmiş şəhərə getmədiklərini soruşulbar. Daha sonra birgə əməliyyat koordinasiya mərkəzinin iclasında çıxış edən kral ona palçıq atanlara rəğbət bəslədiyini bildirib.

Oktyabrın 29-da daşqınlara səbəb olan güclü yağışlar İspaniyanın şərq və cənubunu viran qoyub. Cəmi bir neçə saat ərzində Valensiyada 1 kv.m-ə 300 litrdən çox yağış düşüb. Xilasetmə xidmətləri humanitar yardımın çatdırılması üçün yolları palçıqdan təmizləyir. Son məlumatlara görə, daşqın nəticəsində ölənlərin sayı 214 nəfərə çatıb.Ölənlər ölkənin cənubunda yerləşən Kastilya-La-Mançanın mərkəzi bölgəsində və Əndəlüsdə də qeydə alınıb. Oktyabrın 31-dən noyabrın 2-dək ölkədə üç günlük matəm elan edilib.

Oxuməni.az