Londonda minlərlə insan təmiz su üçün yürüş keçirib

Londonda minlərlə insan təmiz su üçün yürüş keçirib

4 Noyabr 08:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bazar günü Londonda "Tullantıları dayandırın" və digər şüarlar yazılmış plakatlar daşıyan minlərlə insan Britaniyanın kanalizasiya suları ilə boğulmuş su yollarının təmizlənməsi tələbi ilə yürüş keçirib.

Bu barədə Bloomberg xəbər verir.

Təşkilatçıların hesablamalarına görə, Temza çayı boyunca Parlamentə doğru yürüşdə 15.000 adam iştirak edib.

Təmiz su üçün yürüş “Greenpeace” və “Yerin Dostları”ndan tutmuş Britaniya avarçəkmə idmanına qədər müxtəlif təşkilatlar tərəfindən təşkil edilib.

Suyun çirklənməsi Böyük Britaniyada getdikcə daha çox görünən problemə çevrilib.

Oxuməni.az