Çin ilk nikah qeydiyyatı üçün pul ödəməyi planlaşdırır
“Penpay” yazır ki, Çinin Lyuylyan şəhərinin səlahiyyətliləri gəlinin yaşı 35-dən yuxarı deyilsə, cütlüklərə ilk nikah üçün 1,5 min yuan (təxminən 360 manat) ödəyəcəklər.
Nəşr aydınlaşdırır ki, ödənişlər yeni evlənənlərdən ən azı birinin Lyuylyanda qeydiyyatda olduğu ailələrə düşür. Ödənişlər gələn il yanvarın 1-dən nikahlarını qeydiyyatdan keçirən yeni evlənənlər tərəfindən qəbul ediləcək.
Yerli administrasiyanın nümayəndələri izah ediblər ki, gəlin üçün 35 yaş müəyyən edilib ki, gənc ailələrin uşaq sahibi olmağa vaxtı olsun. Birinci uşaq doğulanda ailə iki min yuan (480 manat), ikinci uşaq üçün beş min yuan (1200 manat), üçüncü uşaq üçün isə səkkiz min yuan (1920 manat) məbləğində əlavə ödəniş alacaq.
Bu tədbir Lyuylyanda nikahların və doğumların sayının azalması ilə əlaqədar qəbul edilib.
Lyuylyan Çinin Şansi əyalətində yerləşir.
Daha əvvəl bildirilmişdi ki, Çin rəsmiləri qapı-qapı gəzərək qadınlara uşaq sahibi olmaq planları ilə bağlı suallar verməyə başlayıblar. Jurnalistlərin məlumatına görə, Çin Xalq Respublikasında doğum nisbəti hazırda 1,0 təşkil edir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir.
Almaz Həsənli