Okampo bildirib ki, Ermənistan həqiqətən də Azərbaycan ərazilərini işğal edib
Azərbaycana qarşı hesabatları və bu yaxınlarda COP29 konfransını boykot etməsi ilə tanınan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Ocampo Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini bildirib.
O, vebinarda çıxışı zamanı gözlənilmədən açıq şəkildə bəyan edib ki, Ermənistan Respublikası (ER) həqiqətən də Azərbaycan ərazilərini işğal edib.
Moderatorun qondarma “artsax respublikası”nın legitimliyi ilə bağlı sualına cavab olaraq, bu ərazinin ilk növbədə azərbaycanlıların yaşadığı torpaqlardan ibarət olduğunu nəzərə alsaq, Ocampo deyib: “Ermənistanın nəzarəti altında Azərbaycan ərazisi var idi, düzdür, Ermənistan Azərbaycana məxsus olan ərazini işğal edib. Bu doğrudur”.
Almaz Həsənli
Digər xəbərlər