Medvedev rus dilini bilməyən miqrantların uşaqlarını məktəblərə qəbul etməməyə çağırıb

Medvedev rus dilini bilməyən miqrantların uşaqlarını məktəblərə qəbul etməməyə çağırıb

1 Noyabr 20:33
Bəyəndim (0) Bəyənmədim (0)


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib ki, rus dilini bilməyən miqrantların uşaqlarının məktəbə qəbulunu dayandırmağın vaxtı çatıb, çünki bu, ümumi təhsil səviyyəsinə ziyan vurur.

Medvedevin dövlət miqrasiya siyasəti ilə bağlı iclasdan sonra çıxışı onun “VKontakte” səhifəsində dərc olunub.

“Sosial funksiya yerlərində tez-tez müzakirə olunan bir vəziyyət var. Bu da rus dilini bilmədyn uşaqlarn məktəblərdə problemə səbəb olması ilə bağlıdır. . Ümumi təhsil səviyyəsi bundan əziyyət çəkir. Bunu da hamı bilir və buna son qoymağın vaxtıdır”, deyə Medvedev bəyan edib.

Bundan əvvəl, oktyabrın 22-də Sverdlovsk vilayətinin Uşaq Hüquqları üzrə Müvəkkili İqor Morokov rus dilini yaxşı bilməyən miqrant uşaqlarının əlil uşaqlarla eyniləşdirilməsini təklif etmişdi.

Oxuməni.az