Baykonurda telefonla “Energia” reaktiv daşıyıcısının fotosunu çəkmək istəyən iki nəfər saxlanılıb

Baykonurda telefonla “Energia” reaktiv daşıyıcısının fotosunu çəkmək istəyən iki nəfər saxlanılıb

1 Noyabr 13:04
Bəyəndim (0) Bəyənmədim (0)

Baykonurda telefonla “Energia” reaktiv daşıyıcısının fotosunu çəkmək istəyən iki nəfər əcnəbi saxlanılıb.

Əcnəbilər sorğu-sual üçün polis bölməsinə aparılıb. Onlar əfsanəvi Baykonuru görməyə gələn turistlər olduqlarını bildiriblər.

21 yaşlı Fransa vətəndaşı Aksel Olivye Roberto Quyeno və onun tanışı, Almaniya vətəndaşı 26 yaşlı Julian Karl-Yürgen Porenz barəsində inzibati protokol tərtib edilib və hər iki şəxs müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Həbs edilənlər tezliklə məhkəmə qarşısına çıxarılacaq.

Oxuməni.az