İspaniyada daşqın qurbanlarının sayı 158 nəfərə çatıb
İspaniyada güclü yağışların səbəb olduğu daşqınlar son 50 ilin ən pis hadisəsidir.
BBC-nin məlumatına görə, ölənlərin sayı 158 nəfərə çatıb. Əndəlusiyada çayın daşdığı Valensiyadan cənub-qərbdə yerləşən Paiporta bələdiyyəsində azı 40 nəfər ölüb.
EL Pais və El Mundo-nun məlumatına görə, 300-ə yaxın insan su basmış yollar səbəbindən pis vəziyyətdə qalıb, bir çox bələdiyyələr isə içməli susuz qalıb. Valensiyada 75 minə yaxın insan işıqsız qalıb. Təcili yardım xidmətləri su basmış binalarda və avtomobillərdə cəsədlərin axtarışını davam etdirir.
Axtarış-xilasetmə əməliyyatlarınahımçinin hərbçilər və aviasiya cəlb olunub.
Oktyabrın 29-da daşqınlara səbəb olan güclü yağışlar İspaniyanın şərqində və cənubunda fəlakətlərə səbəb olub. Oktyabrın 31-də suyun səviyyəsində artım 3 metrə çatıb. Bütün ölkədə üç günlük matəm elan edilib.
Oxuməni.az