Gürcüstanın baş naziri bəyan edib ki, seçkilərdə ciddi pozuntu faktları yoxdur
Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi”yə müsahibəsində bildirib ki, son parlament seçkilərində hər hansı əhəmiyyətli pozuntuya dəlalət edən heç bir fakt yoxdur.
Ölkənin Mərkəzi Seçki Komissiyası bundan əvvəl səsvermənin nəticələrinə təsir etməyən pozuntularla bağlı 1170 şikayətin daxil olduğunu bildirib. İki nəfər seçki qutularına çoxlu sayda bülleten atdıqları üçün saxlanılıb.
Kobaxidzenin sözlərinə görə, seçkilər xaricdən görünməmiş müdaxilə fonunda baş tutub. “Gürcüstanda xarici pullardan siyasi məqsədlər üçün istifadə olunur”, - Gürcüstanın baş naziri deyib.
O əlavə edib ki, müxalifətin saxtalaşdırmanın olmadığını bəyan etməkdən başqa yolu yoxdur. Kobaxidzenin sözlərinə görə, bu yolla müxalifət, seçkilər öncəsi hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasına dəstəyin 30-35% təşkil etdiyini iddia etdiyi üçün öz elektoratı qarşısında özünü doğrultmaq istəyir.
Oxuməni.az