Donald Tramp CBS telekanalından milyardlarla dollar təzminat tələb edir
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Kamala Harrisin CBS telekanalınn 60 dəqiqə xəbərlər proqramına verdiyi müsahibəyə görə, adı çəkilən telekanalı məhkəməyə verib
Cümə axşamı, oktyabrın 31-də Texasın Şimal Dairəsinin federal məhkəməsinə verilən şikayətdə qeyd olunur ki, şəbəkə Qəzza zolağında İsrail və Həmas arasında müharibə ilə bağlı suala Harrisin cavabını iki fərqli şəkildə yayımlayıb.
İddiada telekanalın Harrisin Bayden administrasiyasının İsrailin müharibə aparmasına münasibətini tənqid etməsi ilə bağlı dediklərini yayımlamadığı vurğulanır.
İddiada buna görə telekanaldan 10 milyard dollar təzminat tələb edilir.
Öz növbəsində CBS telekanalı bildirib ki, Trampın 60 dəqiqəyə qarşıqaldırdığı iddialar həqiqətə uyğun deyil və biz özümüzü qətiyyətlə müdafiə edəcəyik.
Tramp seçkilərlə bağlı apardığı təbliğay kampaniyası zamanı CBS-ni dəfələrlə tənqid edib və prezident seçiləcəyi təqdirdə kanalın yayım lisenziyasını ləğv edəcəyi ilə hədələyib.
Oxuməni.az