Viktor Orban  Gürcüstanın hakim partiyasını dəstəkləyib

Viktor Orban Gürcüstanın hakim partiyasını dəstəkləyib

30 Oktyabr 07:41
Bəyəndim (0) Bəyənmədim (0)

Macarıstanın baş naziri Viktor Orban çərşənbə axşamı Gürcüstanın hakim partiyasını dəstəkləyib. O, səsvermənin saxtalaşdırıldığını iddia edən müxalifətin kütləvi etirazlarına baxmayaraq, hakim partiyanın parlament seçkilərindəki qələbəsinin azad və demokratik olduğunu deyib.

Orban, ölkənin seçki komissiyasının hakim Gürcü Arzusu Partiyasının qalib gəldiyini bildirdiyi şənbə günü seçkilərdən sonra Gürcüstana səfər edən ilk xarici lider oldu.

“Seçkilərlə bağlı müzakirələrə baxıram, beynəlxalq təşkilatların qiymətləndirmələrini oxuyuram və görürəm ki, heç kimin bu seçkilərin azad və demokratik seçim olduğunu etiraf etməyə cəsarəti çatmır”, - Orban deyib.

Onun sözlərinə görə, Gürcüstanda həm müxalifət, həm də hakim partiya “Avropa inteqrasiyasına sadiqdir”.

"Siz ölkənizin ikinci Ukraynaya çevrilməsinə imkan vermədiniz”, - deyən Orban Kobaxidzeni seçkilərlə bağlı hər hansı tənqidə məhəl qoymamağa çağırıb.

Oxuməni.az