Maduro Braziliyanın Venesuelanın BRİKS-ə üzv qəbul edilməsinə veto qoymasını tənqid edib
President Nikolas Maduro Kazanda keçirilən sammitdə Braziliya Xarici İşlər Nazirliyinin Venesuelanın BRİKS-ə üzv qəbul edilməsinə qoyduğu vetonu tənqid edib.
“Yeni dünya artıq yaranıb və heç kim onu dayandıra bilməz, əvvəllər Venesuelaya veto qoymağa cəhd edənlərin cəhdləri boşa çxıb. Venesuelaya yenidən veto qoymağa çalışanlar heç vaxt buna nail ola bilməzlər”, – prezident Venezolana de Televisión telekanalında “Maduro Plus ilə” verilişində deyib.
Maduro qeyd edib ki, ötən əsrin 60-cı illərindən ABŞ-la əlaqəli olan Braziliya Xarici İşlər Nazirliyi “həmişə Venesuelaya qarşı sui-qəsdlər törədib” və bu idarənin demək olar ki, bütün əməkdaşları “ABŞ Dövlət Departamenti ilə əlaqə saxlayırlar”. Prezident qeyd edib ki, Cənubi Afrikada keçirilən sammitdə Venesuela BRİKS-ə tamhüquqlu üzvü kimi qəbul edilməli id,. lakin sammitdə iştirak edə bilməməsindən istifadə edən Braziliya Xarici İşlər Nazirliyi buna veto qoydu”.
Oxuməni.az