
İsrailin hərbi əməliyyatları başlayandan bəri 440 mindən çox insan Livanı tərk edib
İsrailin şiə Hizbullah hərəkatına qarşı başlatdığı hərbi əməliyyatdan sonra ən azı 440 min qaçqın Livanı tərk edib. Bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.
Məlumatda qeyd edildiyi kimi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Suriya Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, sentyabrın 23-dən bu yana 440 minə yaxın insan Livandan Suriyaya keçib.
Sənəddə həmçinin qeyd olunur ki, İraqa daha 22 min livanlı gəlib.
Sentyabrın 23-də İsrail “Hizbullah” birləşmələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı Livan ərazisində şiə təşkilatının hərbi hədəflərinə qarşı kütləvi hava zərbələri endirir. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubunun sərhəd bölgələrində quru əməliyyatına başladığını elan edib.
Oxuməni.az