
İsrail BMT-nin fələstinli qaçqınlara köməklik göstərməsini qadağan edib
İsrail parlamenti (Knesset) Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRVA) ölkədə fəaliyyətini qadağan edən iki qanun layihəsini ikinci və üçüncü oxunuşda təsdiqləyib. Bu barədə Kan və The Times of Israel məlumat yayıb.
Bir qanun layihəsi agentliyin Qəzza zolağı, İordan çayının qərb sahili və Şərqi Qüdsdəki işini faktiki olaraq dayandırır, digəri isə İsrail rəsmilərinin və dövlət qurumlarının UNRVA ilə əlaqə saxlamasını qadağan edir. 92 deputat qanunun lehinə, 10 deputat əleyhinə səs verib.
UNRVA bildirib ki, Knessetdə keçirilən səsvermə “təhlükəli presedent yaradır”, “BMT nizamnaməsinə ziddir” və İsrailin beynəlxalq hüquq üzrə öhdəliklərini pozur. Agentlik qeyd edir ki, qanun fələstinlilərin cəhənnəm həyatı yaşadığı Qəzza zolağında vəziyyətlərini daha da ağırlaşdıracaq.
Oxuməni.az