Özbəkistanda keçirilən parlament seçkilərində hakim partiya qalib gəlib

Özbəkistanda keçirilən parlament seçkilərində hakim partiya qalib gəlib

29 Oktyabr 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 27-də Özbəkistanda keçirilən seçkilərin nəticələrinə görə, Liberal Demokrat Partiyası (UzLiDeP) Ali Məclisin (Özbəkistan parlamenti) Qanunvericilik Palatasında 150 yerdən 64-nü qazanıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev mətbuat konfransında bildirib.

Ekologiya Partiyası Ali Məclisdəki deputat sayını 15-dən 16-ya yüksəldib. Qalan partiyalar mandatlarının bir hissəsini itiriblər.

Son nəticələrə görə həmçinin “Adolat” Sosial Demokrat Partiyası (“Ədalət”) 21 mandat, Özbəkistan Xalq Demokratik Partiyası (XDP) 20 deputat mandatı əldə edəcək.

Seçkilər ilk dəfə qarışıq sistemlə keçirilib - 75 deputat majoritar sistemlə (birmandatlı dairələr), 75 deputat proporsional sistemlə (partiya siyahıları əsasında) seçilib.

Seçkilərdə qeydə alınmış 20 milyona yaxın seçicinin 15 milyondan çoxu və ya 74,72 faizi səs verib.

Oxuməni.az